Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi məsələsinə təşkilatın Baş Assambleyasının 66-cı sessiyasının oktyabrın 21-də keçiriləcək iclasında baxılacaq. “KƏLAMİNFO” BMT-nin saytına istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasına ümumilikdə beş dövlət müvəqqəti üzv seçiləcək.
Xatırladaq ki, bir sıra ölkə Azərbaycanın namizədliyini dəstəklədiyini bildirib.
|