Somaliyə bağlı radikal islamçı “Əl-Şəbab” yaraqlı dəstəsi Keniya hökumətinə Somalidəki əsgərlərini dərhal geri çəkməyəcəyi halda şiddətli silahlı qarşıdurmanın olacağı ilə bağlı xəbərdarlıq edib. “KƏLAMİNFO” “AssociatedPress”ə istinadən xəbər verir ki, dəstənin sözçüsü Əli Mahmud Raci internet vasitəsilə verdiyi açıqlamada əsgərlərin geri çəkilməyəcəyi halda birbaşa Keniyanın paytaxtı Nayrobiyə hücum edəcəklərini deyib.
Məlumat üçün onu da bildirək ki, Raci BBC-yə verdiyi açıqlamada da bu qərarı təsdiqləyib.
|