Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci ildə keçiriləcək qış sessiyasında qurumun türkiyəli sədri Mövlud Çavuşoğlunun səlahiyyət müddəti başa çatacaq. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Şurasının nizamnaməsinə uyğun olaraq onu bu vəzifədə Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jan-Klod Mino əvəz edəcək. O, 2012-2014-cü illərdə AŞPA-ya sədrlik edəcək.
Xatırladaq ki, Fransa Avropa Şurasının 60 illik tarixində üç dəfə 1949, 1952-1956 və 1986-1989-cu illərdə AŞPA-ya sədrlik edib.
|