Bu il sərhəd-gömrük məntəqələrində 220 kq-dan artıq narkotik vasitə saxlanılaraq müvafiq tədbir görülüb. “KƏLAMİNFO”un məlumatına görə, bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev verib.
A.Əliyev deyib ki, ümumilikdə hər il sərhəd-gömrük məntəqələrində 300-360 kq arası narkotik vasitə tutulur. “Qorxulusu odur ki, son zamanlar tutulan narkotik vasitələrin tərkibində heroin üstünlük təşkil edir. Əvvəllər isə həşiş və tiryək üstünlük təşkil edirdi” - deyə A.Əliyev vurğulayıb.
|