Ermənistan ordusunda növbəti insident. Tavuş vilayətindəki hərbi hissələrdən birində 21 yaşlı sıravi əsgər Aram Melkonyan ölüb. “KƏLAMİNFO” “Armenia Today”a istinadən xəbər verir ki, Yerevan sakini olan Melkonyan 2011-ci ilin ilk çağırışında hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyinin nümayəndəsi David Karapetyan əsgərin ölümünü təsdiqləyib. Əsgərin hansı səbəbdən öldüyü hələlik bəlli deyil. Bu, son 5 gündə Ermənistan ordusunda baş vermiş üçüncü əsgər ölümüdür.
|