Milli Məclisin deputatı Rövşən Rzayev Avronest Parlament Assambleyasının prosedur qaydaları üzrə işçi qrupunun iclasında iştirak etmək üçün oktyabrın 16-da Belçikanın Brüssel şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Gürcüstan, Ukrayna, Moldova parlamentarilərinin də qatılacağı tədbirdə qurumun prosedur qaydaları barədə sənədin müzakirəsi nəzərdə tutulub. Toplantıda Avronest PA-nın Bürosunun və komitələrinin səlahiyyətləri, səsvermə qaydaları, siyasi qrupların, təsisatların rolu və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər oktyabrın 20-də başa çatacaq.
|