ABŞ prezidenti Barak Obama İranla bağlı bəyanatla çıxış edib. O bildirib ki, Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirinə sui-qəsd hazırlanması ilə bağlı məsələnin üstü açılandan sonra ABŞ Tehrana qarşı ciddi tədbirlər görəcək. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, ABŞ iddia edir ki, hadisəni İran əsilli iki şəxs törətmək istəyib. İran isə bu iddiaları rədd edir.
|