TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Ural Muhamejanovun rəhbərliyi altında TÜRKPA nümayəndə heyəti 16-19 oktyabr 2011-ci il tarixində Beynəlxalq Parlament Birliyinin İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək 125-ci plenar sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər.
Səfər çərçivəsində bir çox ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, həmçinin TÜRKPA-nın fəaliyyəti ilə bağlı sessiya iştirakçılarına məlumat verilməsi nəzərdə tutulur.
TÜRKPA Beynəlxalq Parlament İttifaqında müşahidəçi statusuna sahibdir.
|