TÜRKPA-nın Baş katibi Ramil Həsənov 17-20 oktyabr 2011-ci il tarixində Berndə keçiriləcək Beynəlxalq Parlament Baş Katibləri Assosiasiyasının 125-ci plenar sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər.
TÜRKPA Baş katibinin plenar sessiyada təşkilatın fəaliyyəti ilə bağlı çıxışı, həmçinin bir çox beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
|