Liviyanın sabiq lideri Müəmmar Qəddafinin oğlu Mütəssim Milli Keçid Şurasının əsgərləri tərəfindən Sirt şəhərində ələ keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, bunu “Reuters” agentliyi yayıb. Məlumata görə, Mütəssim dindirilmək üçün Benqaziyə aparılıb. Mütəssim Qəddafi bir gün əvvəl ailəsi ilə birlikdə Sirti tərk etməyə çalışarkən saxlanılıb. Hazırda keçmiş Liviya liderinin oğlu Benqazidə dindirilir.
Mütəssim Liviya liderinin beşinci oğludur. O, ölkədəki vətəndaş müharibəsinə qədər hökumətdə milli təhlükəsizlik məsələləri üzrə müşavir işləyib.
|