Bu il, xüsusən Bakı şəhərində məktəblərin istilik sistemi ilə bağlı ciddi bir problem olmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib.
Nazir xatırladıb ki, “Azəristilik” və “Azəriqaz” istilik sistemini bu yaxınlarda verib. Onun sözlərinə görə, hazırda bu iş diqqət mərkəzindədir və problem olmayacaq. Nazir, bölgə məktəblərinin qızdırılması ilə bağlı heç bir məlumat verməyib.
|