Bu gün Azərbaycan Dillər Universitetində (ADU) rektor, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Avstriyanın Qrats Universitetində birillik təhsil almağa gedəcək alman dili fakültəsinin III kurs tələbələri Əli Daşdəmirov və Günay Abidova ilə görüşü keçirilib. Bu barədə məlumatı ADU-dan veriblər.
Görüşdə təhsil nazirinin müavini Elmar Qasımov, Avstriyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Ziqlinde Şpanland, tələbələrin valideynləri və ADU-nun professor-müəllim heyəti iştirak ediblər.
Qeyd edək ki, tələbələr iki mərhələdə keçirilmiş imtahan (yazılı və şifahi) vasitəsilə seçiliblər.
|