Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə cari ilin avqust-sentyabr ayları ərzində 971 müraciət daxil olub. Səhiyyə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 566-sı (114-ü əsaslı, 452-si isə əsassız) şikayət, 244-ü sorğu xarakterli, 45-i aidiyyəti üzrə deyil, 116-sı isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
|