Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan dili və ədəbiyyat fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumat KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən verilib.
İclasda yeni tipli test tapşırıqlarının tərtibi metodikası ilə bağlı müzakirələr və bir neçə formada hazırlanmış test tapşırıqları nümunələrinin təqdimatı olub. Təhlil olunan test tapşırıqları aid olduğu mövzular üzrə abituriyentlərin bilik və bacarıqlarını tətbiqetmə yönümlü olub. Test tapşırıqlarının mürəkkəblik dərəcəsinə və qabiliyyət göstəricilərinə görə hazırlanmasına qoyulan tələblərdən bəhs edilib. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
|