Çeçenistanın keçmiş Şeyxülislamı Şəmsəddin Batukayevə İstanbulun Zeytunburnu səmtindəki evində silahlı hücum etmək istəyən killer son anda yaxalanaraq polisə təhvil verilib. Bəhram Batumayev adlı 26 yaşlı killer oktyabrın 7-də Batukayevin qaldığı evə gələrək yardım istədiyini bildirib və evə çıxıb. «KƏLAMİNFO» Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki çeçen mühafizəçinin zərərsizləşdirdiyi killerin üzərindən bir tapança və saxta Rusiya pasportu çıxıb.
Sui-qəsd əmrini Rusiyaya yaxınlığı ilə tanınan Çeçenistan prezidenti Ramzan Kadırovun verdiyi bildirilir.
1956-cı ildə Qazaxıstanda anadan olan Batukayev 1960-cı ildə ailəsiylə Çeçenistana köçüb. Litsey təhsilini burada tamamladıqdan sonra Buxara və Daşkənddə memarlıq və din təhsili alıb. Çeçenistanda 4 il Şəriət Məhkəməsinin sədri olan Batukayev Kadırov iqtidara gələndən sonra Türkiyəyə mühacirət edib.
|