İrəvan Teatrı özünün 130-cu mövsümünün açılışına hazırlaşır. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, kollektiv yeni mövsümdə tamaşaçıların görüşünə klassik əsərlə gələcək. Onlar dünya ədəbiyyatına müraciət edərək Jan Batist Molyerin “Məcburən doktor” (“Zorən təbib”) tamaşasını səhnələşdiriblər. Komediya janrında olan tamaşada əsas rolları Xalq artisti Tamella Abdullayeva, Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev ifa edəcəklər.
Tamaşanın rejissor və rəssamı Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı Oruc Qurbanovdur.
Xatırladaq ki, İrəvan Teatrı 130-cu mövsümünü bu gün saat 19:00-da S.Vurğun adına Dövlət Rus Dram Teatrının səhnəsində açacaq.
|