Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı ilə əlaqədar hazırlıq işləri davam etdirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” Şirkətinin təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Caz Festivalı yüksək səviyyədə keçiriləcək. Bildirilir ki, festivalın start götürüb başa çatacağı müddət ərzində dünyanın tanınmış caz ifaçıları şəhərimizin qonağı olacaq.
Xatırladaq ki, festivalın açılışı Heydər Əliyev Sarayında məşhur caz ifaçısı Reyçel Ferrelin iştirakı ilə keçiriləcək. Rəngarəng proqram təqdim olunacaq festivalın yekun konserti də oktyabrın 29-da saat 20:00-da Heydər Əliyev Sarayında keçiriləcək.
|