Bu vaxta qədər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə torpaqların qanunsuz zəbt edilməsi və digər bu kimi problemlərlə bağlı 8000 şikayət daxil olub.”KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı DTXK sədri Qərib Məmmədov deyib.
Onun sözlərinə görə, qanun pozuntularının 4000-i DTXK-nin mütəxəssisləri tərəfindən aradan qaldırılıb. O, bu vaxta qədər 3,5 mln. əhaliyə torpaq mülkiyyətinin verildiyini də söyləyib.
|