Avropadakı borc böhranı dünya maliyyə bazarlarında vəziyyəti əngəlləyir və bu, ABŞ iqtisadiyyatına da mənfi təsir göstərə bilər. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Vaşinqtonda iqtisadi məsələlərə həsr edilmiş mətbuat konfransında bildirib. O, Avropa liderlərini böhranla mübarizədə qəti tədbirlər görməyə çağırıb. Obama, həmçinin etiraf edib ki, ABŞ iqtisadiyyatı çətin dövrünü yaşayır. ABŞ prezidenti qeyd edib ki, yeni iş yerlərinin yaradılmasıyla bağlı onun təklif etdiyi plan ölkədə yeni böhran dalğasının qarşısının alınmasına yönəlib. O, qanun layihəsinə baxmalı olan senatorları diqqətlə fikirləşməyə çağırıb.
Hazırda ABŞ-da işsizliyin səviyyəsi 9 faizi ötüb.
|