Ermənistan prezidenti Serj Sarkisyan fransalı həmkarı Nikola Sarkozini “Şöhrət” ordeni ilə təltif edib. «KƏLAMİNFO» «News.ru»a istinadən xəbər verir ki, Sarkozi bu mükafata ənənəvi erməni-fransız dostluq əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təhlükəsizliklə bağlı tədbirlərin qorunması işindəki xidmətlərinə görə layiq görülüb.
|