ABŞ prezidenti Barak Obama Kolumbiya əsilli müğənni Şakiranı Birləşmiş Ştatların ispandilli əhalisinin təhsil səviyyəsinin yüksəldilməsi məsələləri üzrə müşavirlər qrupuna daxil edib. “KƏLAMİNFO” RİA «Novosti»yə istinadən xəbər verir ki, 34 yaşlı Şakira təkcə musiqi sahəsindəki uğurları ilə yox, həm də xeyriyyəçilik fəaliyyəti ilə məşhurdur. O, 1997-ci ildə «Yalın ayaqlar fondu» xeyriyyə təşkilatını yaradıb. Təşkilatın missiyası Kolumbiya və digər Latın Amerikası ölkələrində aztəminatlı ailələrin uşaqları üçün məktəblərin maliyyələşməsinə vəsait cəlb etməkdir. Şakira həm də YUNİSEF-in xoşməramlı səfiridir.
|