Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspert Şurası 2011-ci ildə dövlət vəsaiti hesabına istehsala buraxılacaq tammetrajlı bədii filmlərin ssenarilər müsabiqəsini elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindənveriblər.
Müsabiqədə ayrı-ayrı müəlliflər və Nazirliyin tabeçiliyində olan dövlət studiyaları tərəfindən təqdim olunan işlər iştirak edə bilər.
Müsabiqə iki mərhələdə keçiriləcəkdir: - 2010-cu il yanvarın 5-dən fevralın 28-dək kinossenarilərin sinopsisi (10 səhifəyədək) üç nüsxədə Ekspert Şurasına təqdim edilməlidir. Qaliblərinin adları 2010-cu il martın 12-dək açıqlanacaq və onlara ədəbi ssenarilər üzərində işlənməsi təklif olunacaq.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlər şərh olunmur və geri qaytarılmır.
|