Bundan sonra Azərbaycanda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların müdafiəsi ilə bağlı tədbirlər dövlət büdcəsi vəsaiti hesabına birbaşa maliyyələşdiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu, ötən həftə Milli Məclisdə təsdiq olunmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub. İndiyə qədər isə qanunda göstərilirdi ki, həmin tədbirlər dövlət büdcəsi vəsaiti hesabına yalnız müvafiq Dövlət Proqramına uyğun olaraq maliyyələşdirilə bilərdi. Dövlət Proqramı isə hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilirdi.
|