Bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 6 mindən artıq uşaq Uşaq Sağlamlıq düşərgələrinə göndərilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı AHİK sədri, millət vəkili Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, bu il, həmçinin 25 mindən artıq Azərbaycan vətəndaşı AHİK-in nəzdində fəaliyyət göstərən sanatoriyalar, turist–istirahət mərkəzlərinə göndərilib.
|