Bu gün Milli Məclisin payız sessiyasının ilk iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda spiker Oqtay Əsədov bildirib ki, bir neçə gündən sonra Milli Məclisdə MDB PA-nın Hüquq məsələləri daimi komissiyasının və Mərkəzi Seçki komissiyalarının birgə iclası keçiriləcək. O qeyd edib ki, ümumiyyətlə, payız sessiyasında beynəlxalq əlaqələrimizin inkişafı istiqamətində çox iş görüləcək. “İlk dəfə olaraq oktyabrın 10-11-də Milli Məclisdə bir neçə dövləti özündə birləşdirən Parlament Assambleyalarının birgə toplantısı olacaq. GUAM PA, Baltikyanı ölkələr PA təşəbbüsü və Benilüks, Şimal ittifaqı, MDB PA və TÜRK PA-nın üzvləri ilə birgə böyük konfrans təşkil olunacaq” - deyə O.Əsədov vurğulayıb.
Sonra millət vəkilləri cari məsələlərin müzakirəsinə başlayıblar.
Qeyd edək ki, bu gün parlamentin plenar iclasında 27 qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.
|