Noyabrın 29-da “Gülüstan” sarayında Türkiyə Cumhuriyyətinin elan edilməsinin 86-cı ildönümü qeyd ediləcək. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, mərasim geniş tərkibdə olacaq.
Tədbirdə Azərbaycanın bir sıra dövlət qurumlarının nümayəndələri, müxtəlif xarici ölkələrin Azərbaycandakı səfirləri və diplomatik korpusların nümayəndələri, millət vəkilləri və digər rəsmilər iştirak edəcəklər.
|