“Azərbaycan dinlərarası və millətlərarası münasibətlərin modelini nümayiş etdirir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda səfərdə olan Rusiyanın Kilsə və cəmiyyət münasibətləri üzrə Sinodalın sədri, Pravoslav Kilsəsinin nümayəndəsi Vsevolod Çaplin bildirib. Onun sözlərinə görə, Qafqaz dünya ictimaiyyəti üçün Balkanlar və Yerusəlim qədər həlledici rol oynayır. “İnsaniyyətin gələcəyi Qafqazda baş verən proseslərdən asılıdır. Bunu regionda tarix boyu baş verən hadisələr sübut edib” - deyə V.Çaplin vurğulayıb. O, terrorizm və ekstremizmlə bağlı məsələyə toxunaraq bildirib ki, inam faktoru sosial və siyasi təzadları aradan qaldıra bilər. “Bu, Qafqazda mümkündür” - deyə o, əlavə edib.
|