ABŞ-da Massaçusets ştatı sakini Rezvan Ferdaus həbs olunub. O, Pentaqon və Konqres binalarında terror aktı planlaşdırmaqda ittiham olunur. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, prokurorluq nümayəndəsi bildirib ki, təhlükəsizlik xidməti əməkdaşları Rezvan Ferdausun hər bir addımını nəzarət altında saxlayıb. Ona görə də o, ictimaiyyət üçün təhlükə yarada bilməyib.
|