“Bu meydan, bu ekran–2010” müsabiqəsinin qalibləri tərəfindən çəkilmiş qısametrajlı filmlərdən ibarət “Gənclərin qısa filmləri” kino axşamı cari ilin sentyabr ayının 30-da keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, kino axşamının proqramda “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində istehsal olunan rejissor Fehruz Şamıyevin “Yol”, “Sinema Evi” MMC-də Novruz Hikmətin rejissorluğu ilə çəkilən “Mənim atam” və “Ayan-Z” MMC-nin istehsalında rejissor Kəmalə Rzayevanın “Şəbəkə” filmləri nümayiş olunacaq.
Xatırladaq ki, tədbir göstərilən tarixdə saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
|