Millət vəkili Xanhüseyn Kazımlının rəhbərlik etdiyi Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa olunan yeni qərargah binası artıq istifadəyə hazırdır. “KƏLAMİNFO”nun berdiyi xəbərə görə, bunu ASRP-nin Ali Məclisinin sədri Həmid Verdixanov bildirib. H.Verdixanovun sözlərinə görə, yeni qərargahın istifadəyə verilməsi ASRP-nin ictimai, siyasi fəaliyyətinin və beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına önəmli təsir göstərəcək.
Adıçəkilən partiyanın mərkəzi qərargahı uzun illər idi ki, Bakı şəhərinin müxtəlif yerlərində icarə müqaviləsi ilə fəaliyyət göstərirdi.
|