Demokratik İslaһatlar Partiyasının sәdri Asim Mollazadә İsrailin Azәrbaycandakı sәfiri Mixael Lavon Lotemlә görüşüb. DİP-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azәrbaycan-İsrail əlaqələri, ölkәmizdәki ictimai-siyasi durum, Ermənistan-Azərbaycan münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsinin həlli perspektivləri müzakirə edilib.
Partiyanın fəaliyyəti barədə qonağa məlumat verən A.Mollazadə səfiri İsrail xalqının milli yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik edib.
|