Gürcüstan prezidenti Mixail Saakaşvili BMT Baş Assambleyasındakı çıxışında Rusiyanın siyasətini tənqid edib.
«KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, Moskvanı öz qonşularına qarşı enerji şantajında və terror aktlarının təşkilində günahlandırıb. Mixail Saakaşvilinin sözlərinə görə, Rusiya Gürcüstan ərazilərini işğal etməklə bərabər, birbaşa dialoq əvəzinə müxtəlif beynəlxalq oyunçular tərəfindən törədilən terror aktlarını, hücumları birbaşa təşkil edir. «Soyuq müharibə bitib. Lakin embarqo, şantaj və qəddar diktatdan Ukrayna, Moldova və Belarusa qarşı istifadə edilir» - Mixail Saakaşvili bildirib.
|