Azərbaycan Ordusu Naxçıvan hərbi birləşməsində növbəti genişmiqyaslı təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumatda bildirilib ki, müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə quru qoşunları və hava hücumundan müdafiə qoşunlarının hərbi hissələri cəlb olunub.
Təlimlərin həftənin sonunadək davam edəcəyi planlaşdırılır.
|