Noyabrın əvvəllərində Bütün Gürcüstanın katalikosu İkinci İliya və Rusiyanın patriarxı Kirill Azərbaycana səfərə gələcəklər. Bakıda onların görüşü keçiriləcək. Səfərdə məqsəd Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi mərasimində iştirak etməkdən ibarətdir. Qonaqlar həm də A.Paşazadənin Şeyxülislam olmasının 30 illiyinə həsr edilən tədbirə qatılacaqlar.
Xatırladaq ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ad günü 6-7 noyabr tarixlərində qeyd ediləcək.
|