Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın19-da BMT Baş Assambleyasının 66-cı Sessiyasında iştirak etmək məqsədilə Nyu Yorka səfər edəcək. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı E.Məmmədyarovun Baş Assambleyanın iclaslarında iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
|