Sentyabrın 18-dən 25-dək Gürcüstanın paytaxtı Tiflis şəhərində “Eternity-2011” (“Sonsuzluq-2011”) kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək. Bu barədə “KƏLAMİNFO”ya Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi qurumları, boru kəmərlərinin mühafizəsi ilə məşğul olan strukturlar və şirkətlərdən nümayəndələr iştirak edəcək.
Qeyd edək ki, hər üç ölkənin hərbçilərinin iştirakı ilə ildə bir dəfə keçirilən təlimin mövzusu əsas ixrac boru kəmərlərinin mühafizəsinin təşkilidir. Təlim qərargah daxilində simulyativ formada aparılır.
|