Ombudsman Elmira Süleymanova və təsisatın 38 əməkdaşı bələdiyyə seçkilərini müstəqil müşahidəçi qismində izləyəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-a Ombudsman Aparatından veriblər.
Hazırda müşahidəçilər rəsmi qeydiyyatdan keçib, lazımı təlimat alıb və MSK-nın nəşr etdiyi “Müşahidəçilər üçün Yaddaş” kitabçası, habelə vəsiqə ilə təmin olunublar.
Müvəkkil özü isə səsvermə günü MSK-nın Seçkilər İnformasiya Mərkəzinə gələcək və bu müşahidələrin nəticələrini ümumiləşdirərək KİV-lərə çatdıracaq.
Qeyd edək ki, Ombudsman Aparatının müşahidə aparacaq bir sıra əməkdaşı artıq rayonlara ezam ediliblər.
|