Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, builki qəbul imtahanlarında yüksək nəticə əldə edən 102 tələbəyə hədiyyələr təqdim edilib. Görüşdə imtahanların gedişi, test tapşırıqlarının məzmunu və s.-lə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qəbul imtahanlarında 110105 abituriyent iştirak edib, onlardan 1540-ı 600-dən çox bal toplayıb.
|