Ermənistanın hüquq-mühafizə orqanları sentyabrın 1-də Kotayk vilayətində meyiti tapılan qadının kimliyini müəyyən ediblər. «KƏLAMİNFO» erməni xəbər agentliklərinə istinadən xəbər verir ki, aydın olub ki, bu şəxs Yerevanda dərc olunan «Menk meronçov» qəzetinin baş redaktoru 51 yaşlı Alvard Abramyandır. Onu sentyabrın 10-dan itkin düşmüş hesab edirdilər. Onun üzərində zorakılıq əlamətləri aşkarlanıb.
|