ABŞ prezidenti Barak Obama Konqresə yeni iş yerləri yaratmağa imkan verəcək qanun layihəsi göndərib. Obama bildirib ki, bu layihə müxtəlif vergi güzəştləri, ictimai layihələr, dövlət yardımlarıyla minlərlə iş yerinin yaradılmasına imkan verəcək. Bu layihə dövlətə ümumilikdə 450 milyon dollara başa gələcək. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Obama Konqresi qanunu dərhal qəbul etməyə çağırsa da, siyasi fikir ayrılıqları üzündən qanunun qəbulunun uzanacağı gözlənilir.
|