Milli Məclisin deputatı Rövşən Rzayev AŞ PA-nın Miqrasiya, qaçqınlar və əhali üzrə Komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşüb. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının fəaliyyəti, Avropada demoqrafik cərəyanlar, Şimali Qafqazda qaçqınlar və məcburi köçkünlərin vəziyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirdə deputat Rövşən Rzayev çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətini bildirəcək.
|