«Taliban» hərəkatı 2001-ci il 11 sentyabr hadisələrinin 10-cu ildönümünü özünəməxsus şəkildə «qeyd edib». «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Cəlalabad yaxınlığında terrorçu-kamikadze partlayıcı vasitələrlə dolu yük maşınını Sayed-Abad bazasının divarlarına çırpıb. Partlayış o qədər güclü olub ki, 6 metr diametrliyində dərin quyu əmələ gəlib. Partlayış 89 nəfərin, o cümlədən 50 ABŞ əsgərinin yaralanması ilə nəticələnib. “Taliban”ın yaydığı məlumatda göstərib ki, əfqan xalqı sonsuza qədər mübarizə aparmağa və amerikalıları tarixin zibilliyinə atmağa hazırdır.
|