Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Qahirəyə gəlib. O, bu gün Misirin hərbi hökumətinin nümayəndələri, müdafiə naziri və baş nazirlə görüşəcək. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ərdoğanın Ərəb Liqası ölkələri xarici işlər nazirlərinin iclasında çıxışı da gözlənilir. Baş nazir sentyabrın 12-13-də Misirdə, 14-15-də Tunisdə, sentyabrın 16-da isə Liviyada rəsmi görüşlər keçirəcək.
|