Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Məclisinin Hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 12-də Bolqarıstanın Burqas şəhərində səfərdə olacaq. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda deputatımızın “Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş razılığa riayət edilməsi” mövzusunda çıxışı gözlənilir.
Tədbir çərçivəsində qurumun Reqlament üzrə işçi qrupunun iclası da keçiriləcək.
Səfər sentyabrın 14-də başa çatacaq.
|