“Yahoo”nun icraçı direktoru Kerol Bartz istefaya göndərilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, “Yahoo”nun maliyyə direktoru Timoti Mors icraçı direktor əvəzi təyin edilib. Əgər o, bu vəzifəyə həmişəlik təsdiqlənsə, “Yahoo”nun sayca dördüncü rəhbəri olacaq.
Kerol Bartz “Yahoo”ya 2009-cu ildən başçılıq edirdi. O, şirkətin menecmentində dəyişikliklər həyata keçirmişdi. Son vaxtlar “Yahoo”nun səhmlərinin dəyəri aşağı düşdüyündən Bartzın hərəkətləri tənqidə məruz qalmışdı.
|