“Azərbaycan və Ermənistan Qarabağ konfliktinin qurbanlarıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla görüşündə deyib. Onun sözlərinə əsasən, Avropa Birliyi Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir. "Minsk Qrupu bu işlə mütəmadi olaraq ciddi səylə məşğul olur. Avropa Birliyi monitorinq və danışıqlar prosesini xüsusi mexanizm və təcrübəylə həyata keçirir. Aİ Azərbaycan və Ermənistana bu məsələdə yardım etmək istəyir, çünki Birlik hər iki ölkəni bu münaqişənin qurbanı hesab edir" - deyə o vurğulayıb.
|