Hazırda bir sıra yerlərdə inşa edilən Dövlət Miqrasiya Xidmətinin (DMX) saxlama mərkəzləri bu yaxınlarda istifadəyə veriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı DMX-nin rəisi Arzu Rəhimov verib.
Sözügedən mərzkəzlərdə qeyri-qanuni miqrantların saxlanılacağını vurğulayan A.Rəhimov bildirib ki, qeyri-qanuni miqrantlar sənədləşmə işiləri ilə bağlı məsələyə baxılanadək mərkəzdə saxlanılacaq. Onun sözlərinə görə, həmin mərkəzdə onlar üçün müvafiq şərait olacaq.
DMX-nin Şirvan, Yevlax və Lənkəran regional idarələrinin də fəaliyyətə başladığını xatırladan A.Rəhimov ilin sonuna kimi, digər regional dairələrin də istifadəyə verilməsinin nəzərdə tutulduğunu açıqlayıb. Onün sözlərinə görə, yeni idarələrin istifadəyə verilməsində məqsəd ölkəyə gələn əcnəbi vətəndaşların müraciətlərinə yerlərdə də baxılmasını təmin etməkdən ibarətdir.
|