“Bələdiyyələrin səlahiyyətləri tədricən artırılacaq. Bu məsələ bir dəfə Milli Məclisdə müzakirə edilib. Ancaq gərək bundan qabaq bələdiyyələr o səlahiyyətlərin artırılmasına hazır olsunlar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə deyib. Komitə sədrinin sözlərinə görə, səlahiyyətlərin artırılması bir deyil, ayrı-ayrı qanunvericilik aktlarına dəyişiklik etməklə, eləcə də mövcud qanunvericilik aktlarına əlavələr edilməklə öz həllini tapa bilər.
|