İranda narkotik maddə satmaqda ittiham olunan 4 nəfəri asıblar. «KƏLAMİNFO»nun məlumatına görə, bunu İranın «Şərq» qəzeti yayıb. Hadisə Kerman şəhərindəki həbsxanada baş verib. «France Presse»in məlumatına görə, bu ilin əvvəlindən İranda 184 nəfər haqqında asılmaqla bağlı qərar çıxarılıb. Ötən il isə 179 adam asılmışdı. Hüquq müdafiəçilərinin dediyinə görə isə bu rəqəm daha çoxdur. İran qanunlarına görə, ölüm, zorlama, ailə xəyanəti, silahlı qarət və narkotik maddə qaçaqçılığına görə ittiham olunanlar asılırlar.
|