“Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində fəaliyyətimizi bu qurumla əlaqələndirmək xətti tutduq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
"Biz Avropa Şurasına qəbul olunandan sonra bütün seçki sisteminin, keçirilən seçkilərin AŞ ilə əlaqələndirmə yolunu tutmuşuq" – deyə Ə.Həsənov əlavə edib. Ə.Həsənov bildirib ki, hər fəaliyyətin əsasında qanun dayanmalıdır. O, bütün fəaliyyətlərdə şəffaflığın qorunmasının vacibliyini vurğulayıb.
|